AZ

Kreml: ABŞ-nin İrana hücumu xaosa səbəb ola bilər » AzadMedia.az


Kreml hesab edir ki, ABŞ-nin İrana mümkün hərbi müdaxiləsi bütün regionda xaosa səbəb ola bilər.

Bu barədə ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

ABŞ Prezidenti Donald Trampın İrana mümkün zərbələrlə bağlı son açıqlamalarına Peskov belə cavab verib: "Biz əvvəlki kimi bütün tərəfləri təmkinli olmağa və məsələnin həllində hər hansı güc metodlarından imtina etməyə çağırırıq".

"Aydındır ki, (İranla bağlı) danışıqlar potensialı hələ tükənməyib. Bununla əlaqədar ilk növbədə, danışıqlar mexanizminə diqqət yetirilməlidir", - Peskov vurğulayıb.

Onun sözlərinə görə, "hər hansı güc tətbiqi regionda yalnız xaos yarada, təhlükəsizlik sisteminin sarsılması baxımından çox təhlükəli nəticələrə gətirib çıxara bilər".
Seçilən
0
1
azadmedia.az

2Mənbələr