Rusiyanın Amur vilayətində bir kişi həmkəndlisini amansızca döyüb və sonra özü xəstəxanaya aparıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Hadisə Uruşa qəsəbəsində şəxsi münaqişə zəminində baş verib. İnsident günü 26 yaşlı gənc qonşusunun evinə yaxınlaşıb, onu sakit söhbət etmək üçün “hara isə getməyə” dəvət edib. 49 yaşlı kişi razılaşmalı olub və qısa müddət sonra meşə zolağında tapılıb.
Orada şübhəli bir neçə dəfə onu dəyənəklə vurub, lakin qorxduğu üçün yaralını özü xəstəxanaya çatdırıb və naməlum istiqamətə gedib. Yaralının sağlamlığına ağır zərər dəydiyi bildirilib və tibb işçiləri polisə məlumat veriblər.
Təqsirləndirilən şəxs “isti izlə” evində tutulub.
Nuriyyə NATİQQIZI