AZ

Azərbaycan humanist addım atdı, AŞPA rəqəmlərlə manipulyasiya edir- ÖZƏL 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) növbəti dəfə  Azərbaycana qarşı qərəzli qətnamə qəbul edərək 23 "erməni məhbus"u azad etməyə çağırıb. Təəccüb doğuran məqam odur ki, bu yaxınlarda qarşılıqlı razılaşmaya əsasən  Azərbaycan tərəfi humanizm prinsiplərindən çıxış edərək 4 erməni məhbusu Ermənistana təhvil verib. Bu halda onların sayı 23 nəfər deyil, azalmalı idi. Yəni bu hesabla  AŞPA "erməni məhbus"ların sayını 19 göstərməli idi. Ancaq qərəz  AŞPA-nın gözünü o qədər örtüb ki, bu faktı belə görmürlər.
Azərbaycanın 4 nəfəri qaytarmasına rəğmən, AŞPA-nın hələ də "23" rəqəmini yazması nəyi göstərir? 
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
" Avropa Şurası Parlament Assambleyasının  birinci dəfə deyil ki, bu cür taleyüklü məsələlərdə Azərbaycana qarşı qərəzli münasibət göstərdiyinin şahidi oluruq. Bu, sonuncu məsələ də bunu bir daha təsdiq edir və Avropa Şurası Azərbaycanın məsələlərini təqdir etməkdənsə, Azərbaycanın addımını təqdir etməkdənsə, bu cür qərəzli bəyanatlarla və çıxışlarla gərginliyi artırır. Yəni, Azərbaycanla Ermənistan anlaşır, anlaşmaq istəyir, sülh və digər məsələləri həll edir. Amma biz Avropa Şurasından belə bir münasibət görürük. Qərəzli, qıcıqlandırıcı davranış görürük və belə bir təəssürat yaranır ki, Avropa Şurasının Parlament Assambleyası bu məsələlərin həllində deyil, gərginliyin qalmasında maraqlıdır. Hətta düşünürəm ki, məsələn, Azərbaycanın dörd ermənini azad etməsi Ermənistan özündə belə xoş qarşılandığı halda, Baş Nazir Paşinyan sevinclə paylaşım etdiyi halda, Avropa Şurası öz son açıqlamasında bu məsələlərin üzərindən keçir. 
Hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyası kimi böyük bir təşkilata və onun misiyasına yaraşmayan bir davranış nümayiş etdirib, bu, həmçinin insan hüquqları, əsas azadlıqlar, demokratiya və. s məsələləri əsas götürdüyünü elan edən bir təşkilata yaraşmayan bir bəyanatdır. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyasının belə qərəzli bəyanatları, çıxışları, qətnamələri bizim üçün sadəcə kağız parçasıdır, biz bu məsələlərə o qədər də əhəmiyyət verməməliyik.  Qalib ölkədir Azərbaycan. Məsələləri biz müəyyən edirik, diktə edirik. Avropa Şurası kimi təşkilatlar burada aparıcı rol oynaya bilməz və təsir göstərə bilməzlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr