AZ

Siciliyada faciə: şəhər insanların gözü qarşısında dağıldı – VİDEO

İtaliyanın Siciliya adasında ağır faciə baş verib.

NOCOMMENT.az bildirir ki, şəhərlərdən biri sakinlərin gözü qarşısında tamamilə dağılıb.

Hadisə nəticəsində yaşayış binaları və infrastruktura ciddi ziyan dəyib, şəhər qısa müddət ərzində böyük bir dağıntı sahəsinə çevrilib. İlkin məlumatlara əsasən, minlərlə insan evsiz qalıb.

Əraziyə dərhal xilasedici qüvvələr cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir, dağıntılar altında qalanların olub-olmadığı dəqiqləşdirilir. Yerli hakimiyyət orqanları əhaliyə təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.

Hadisənin dəqiq səbəbləri hələlik açıqlanmayıb. Mütəxəssislər baş verənlərin təbii fəlakət və ya texnogen səbəblərlə bağlı ola biləcəyini istisna etmirlər. Araşdırmalar davam edir.

Seçilən
10
nocomment.az

1Mənbələr