AZ

"Qarabağ" Çempionlar Liqasında "Barselona" ilə qarşılaşa bilər FOTO

BAKI, 29 yanvar. TELEQRAF

Xəbər verdiyimiz kimi, "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri Fransanın PSJ və İngiltərənin "Nyukasl" klublarıdır.

Teleqraf-ın məlumatına görə, yanvarın 30-da keçiriləcək püşkatma mərasimindən sonra Ağdam təmsilçisinin rəqibi dəqiqləşəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bu raundu keçəcəyi təqdirdə, 1/8 final mərhələsində İspaniyanın "Barselona" və ya İngiltərənin "Çelsi" komandası ilə qarşılaşacaq.

Dünya futbolunun ən nəhəng klublarından olan Kataloniya təmsilçisi artıq mümkün rəqibləri ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

Seçilən
16
1
teleqraf.com

2Mənbələr