AZ

Natiq Qasımovun büstünün açılış mərasimi oldu

MİNGƏÇEVİR, 29 yanvar. TELEQRAF

Bu gün Mingəçevirdə Milli Qəhrəman Natiq Qasımovun təhsil aldığı 4 saylı orta məktəbdə büstünün açılış mərasimi keçirilib.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, açılış mərasimdə elm və təhsil naziri Emin Əmrullayev, Milli Qəhrəmanın ailəsi, yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə köçüblər.

1992-ci ildə Xocalının Xramort (indiki Pirlər) kəndi yaxınlığında yeddi Azərbaycan əsgəri alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda döyüşlər gedib. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban kilsəsində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

22 nəfər Xocalı sakininin öldürülməməsi üçün sonda əlində Azərbaycan bayrağı düşmənə təslim olur.

Natiq Qasımovun sonrakı taleyi məlum deyil.

Seçilən
36
2
teleqraf.com

3Mənbələr