Rusiyalı Trampın tanışını DÖYDÜ
Ajans.az BBC-yə istinadən xəbər verir. Məlumata əsasən, 22 yaşlı Rumyantsev təcavüz, qurbanı qəsdən boğmağa cəhd və daha bir təcavüz ittihamı üzrə isə günahsız hesab edilib. Prokurorluq bildirib ki, münaqişə Rumyantsevin qadınla sosial şəbəkələr vasitəsilə tanış olduğunu və onunla dostluq münasibətləri saxladığını iddia etdiyi Barron Trampa qarşı qısqanclığı fonunda yaranıb. Medianın yazdığına görə, əvvəllər qarışıq döyüş sənətləri ilə məşğul olmuş keçmiş idmançının aqressiv davranışları barədə hüquq-mühafizə orqanlarına məhz Barron Tramp məlumat verib. İş materiallarında qeyd olunur ki, Barron Tramp tanışı ilə videozəng zamanı fiziki zorakılıq aktının şahidi olub və bundan sonra təcili yardım nömrəsi olan 999-a zəng edərək “Tanıdığım bir qızdan zəng gəldi, onu döyürlər” deyib. O, məhkəmədə ifadə verməyib. Polisə zəng 17-dən 18 yanvar 2025-ci il gecəsi daxil olub. Barron Tramp zərərçəkənin ünvanını təqdim edib və vəziyyəti “təcili” kimi qiymətləndirib. Polis əməkdaşları hadisə yerinə dərhal cəlb olunub. Zərərçəkən qadın ifadəsində Trampın zənginin onun həyatını xilas etdiyini bildirib. Məhkəmə zamanı məlum olub ki, qadın və Rumyantsev təxminən altı ay münasibətdə olublar. Qadın iddia edilən təcavüz hadisələrinin 2024-cü ilin noyabrında və 2025-ci ilin yanvarında, polis müdaxiləsindən bir neçə saat əvvəl baş verdiyini deyib. Təqsirləndirilən şəxs məhkəmədə Barron Trampa qarşı “müəyyən dərəcədə qısqanclıq hiss etdiyini” etiraf edib. Təqdim olunan sübutlara əsasən, zərərçəkən qadın son bir il ərzində Rusiya da daxil olmaqla bir neçə ölkədə yaşayıb və ABŞ-dakı qohumlarını ziyarət edib. Ədalət mühakiməsinə mane olma ittihamı Rumyantsevin həbsdə olarkən qadını ifadəsindən imtina etməyə məcbur etmək cəhdi ilə əlaqələndirilir. Onun barəsində cəzanın növü və müddəti daha sonra açıqlanacaq.