AZ

Paşinyan Rusiyaya Sədərək-Yerasx dəmir yolu ilə bağlı müraciət edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya Sədərək-Yerasx dəmir yolu ilə bağlı müraciət edib.

Missiya.Az xəbər verir ki, bu barədə Paşinyan jurnalistlərə müsahibəsində məlumat verib.

O bildirib ki, Rusiya əgər dəmir yolunun yenidən qurulmasında iştirak etməsə aktivləri itirəcək və Ermənistan o hissəni alacaq ya da milliləşdirəcək:

"Regionda proseslər gedir və onları dayandırmaq mümkün deyil. Ümid edirəm ki, rusiyalı tərəfdaşlarımız gecikməyəcək. Eyni şey Axurik hissəsinə də aiddir. Əgər hansı səbəbdən rusiyalı tərəfdaşlarımız bu investisiyaları həyata keçirmək istəməsələr, biz bu hissələri geri alacağıq və hamısını özümüz həyata keçirəcəyik", - deyə siyasətçi vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr