AZ

Azərbaycan Avrasiya regionundan əsas kapital ixracatçılarındandır - Avrasiya İnkişaf Bankı

Bakı. Trend:

Azərbaycan Avrasiya regionundan kapital ixrac edən əsasölkələrdən biridir.

Trend xəbər verirki, bu barədə Avrasiya İnkişaf Bankının (AAİB) hesabatında qeydolunub.

Hesabatda vurğulanır ki, Avrasiya regionu ölkələri kapitalınfəal ixracatçıları kimi çıxış edirlər. 2025-ci ilin birinciyarısının sonuna olan vəziyyətə görə, onların Asiya ölkələrindəkibirbaşa xarici investisiyalarının (BXİ) həcmi 56,6 milyard ABŞdollarına çataraq son bir il yarım ərzində 12,5% artıb.

“Avrasiya regionundan Rusiya, Azərbaycan və Qazaxıstan əsaskapital ixracatçıları olaraq qalmaqdadır. Bu üç ölkənin payınaAsiya ölkələrinə yönələn bütün çıxış investisiyalarının demək olarki, tam həcmi düşür. Rusiyanın payı 72% təşkil edir ki, bu da onunkorporativ sektorunun miqyası və regiondan kənardaelektroenergetika, emal sənayesi və infrastruktur sahələrindətarixi mövcudluğu ilə izah olunur. Azərbaycan əsasən neft-qaz vəneft emalı sektorlarına yatırımlar hesabına çıxış BXİ-nin 23%-nitəmin edir, Qazaxıstanın payı isə (4%) maliyyə xidmətləri vədaşınmaz əmlak inkişafı sahələrinə investisiyalar hesabına tədricəngenişlənir”, – deyə AAİB-də bildirilib.

Bundan əlavə, hesabatda qeyd olunur ki, Hindistaninvestisiyaları əsasən Rusiya və Azərbaycanın neft-qaz sektorundacəmləşib.

AAİB analitikləri vurğulayırlar ki, Türkiyə Avrasiya regionuölkələrindən investisiya qəbul edən ən böyük ölkədir. Toplanmışinvestisiyaların həcmi 44 milyard ABŞ dollarına çatıb ki, bu daTürkiyənin Avrasiya regionu ölkələrinə yatırdığı investisiyalarınhəcmindən (18,6 milyard ABŞ dolları) iki dəfədən çoxdur. Əsas töhfəenerji və neft emalı sektorlarında fəaliyyət göstərən Rusiya vəAzərbaycan şirkətləri tərəfindən təmin olunur.

“Sahəvi stuktur baxımından Körfəz ölkələri əsasinvestisiyalarını neft-qaz sektoruna və elektrik enerjisinəyönəldiblər. Ümumi yatırımların təxminən 43%-i Türkmənistanda nefthasilatı layihəsinin payına düşür, daha 35%-i isə Özbəkistan vəAzərbaycanda, əsasən bərpa olunan enerji mənbələri seqmentindəhəyata keçirilən 29 elektrik enerjisi layihəsinə aiddir. Sonillərdə ərəb investorları aktivlərin şaxələndirilməsi imkanlarınıdaha fəal şəkildə araşdırır, Azərbaycan, Gürcüstan və Ermənistandayeni investisiya istiqamətlərini nəzərdən keçirirlər”, – hesabatdaqeyd olunub.

Məlumata görə, 2025-ci ilin birinci yarısının sonuna olanvəziyyətə görə, Səudiyyə Ərəbistanının Avrasiya regionu ölkələrindətopladığı investisiyaların həcmi 4,17 milyard ABŞ dollarısəviyyəsində qiymətləndirilir.

“Son bir il yarım ərzində artım 2 milyard ABŞ dollarından çoxolub ki, bu da regionda Səudiyyə şirkətlərinin investisiyafəallığının kəskin yüksəldiyini göstərir. Səudiyyə Ərəbistanınınəsas investisiya istiqaməti Özbəkistandır – bütün toplanmışyatırımların təxminən 93%-i bu ölkənin payına düşür. Sərmayelərinqalan hissəsi isə Azərbaycana yönəlib”, – hesabatda bildirilir.

AAİB-də qeyd olunur ki, Azərbaycan Türkiyədən BXİ cəlb edən əsastərəfdaşlardan biridir.

“Buna həm coğrafi baxımdan eləcə də, iki dövlət arasında mövcudolan siyasi və mədəni bağlılıq şərait yaradır. TürkiyəninAzərbaycandakı (eləcə də bütün Avrasiya regionundakı) ən iriinvestisiya layihəsi Şahdəniz yatağının işlənilməsidir. Bu layihədəTürkiyənin TPAO şirkəti (Türkiye Petrolleri Anonim Ortaklığı) Xəzərdənizinin cənub hissəsində qaz hasilatı və işlənməsi üzrəbeynəlxalq konsorsiumun iştirakçılarından biridir”,- deyə hesabatdavurğulanır.

Məqalədə:
Seçilən
19
2
az.trend.az

3Mənbələr