AZ

Putin də Tramp kimi etsə, biz nə edərik?

Rusiyanın Ermənistan üzərindəki təsiri çox böyükdür, lakin ABŞ-dan fərqli olaraq, Moskva bundan tərəfdaşlarına qarşı istifadə etmir.

Publika.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan cümə axşamı keçirilən mətbuat konfransında “Sputnik Ermənistan”ın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp xarici siyasət aləti kimi tez-tez iqtisadi təzyiqə əl atır: əgər kiminsə bəyanatları və ya hərəkətləri onu narazı salırsa, o, müttəfiqləri və Avropa tərəfdaşları da daxil olmaqla, tarifləri artırmaqla hədələyir.

“Təsəvvür edin ki, Rusiya tarixən təsir dairəsi hesab edilən bir ərazidə eyni şəkildə hərəkət etsin. Təsəvvür edin ki, Alen Simonyan daha bir axmaqlıq etdi və Rusiya prezidenti Ermənistana 200% tarif elan etməklə cavab verdi. Biz nə edərik?”, - deyə Köçəryan bildirib.

O qeyd edib ki, ABŞ tərəfindən belə bir yanaşma məqbul hesab olunur, Rusiyanın da oxşar hərəkətlər etməsi ehtimalı isə müzakirə olunmur. Onun fikrincə, bu, Moskvanın illərdir sərt iqtisadi təzyiqə əl atmadan fərqli davranması ilə bağlıdır.

Seçilən
17
publika.az

1Mənbələr