
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı olub.
Missiya.Az xəbər verir ki, bu barədə “TasnimNews” məlumat yayıb.
Bildirilib ki, söhbət zamanı İshaq Dar bölgədəki mövcud vəziyyətdən narahatlığını ifadə edib.
Pakistanlı nazir dialoq və diplomatiyanın böhranı həll etməyin yeganə yolu olduğunu vurğulayıb.
Məlumata görə, hər iki tərəf gələcək addımları koordinasiya etmək üçün sıx əlaqə saxlamaqla bağlı razılığa gəlib.
Daşqın HəsənovMissiya.Az