AZ

​Ağzını açmadan 975 milyon dollar qazandı

TikTok platformasında dünyanın ən çox izləyicisi olan seneqallı fenomen Khaby Lame sahib olduğu marka ilə bağlı böyük kommersiya razılaşmasına imza atıb.
Metbuat.az xəbər verir ki, Lame öz brendini və media fəaliyyətlərini idarə edən strukturu təxminən 975 milyon ABŞ dolları dəyərində müqavilə əsasında beynəlxalq investisiya şirkətinə ötürüb. Razılaşma əsasən səhmlər üzərindən həyata keçirilib və Khaby Lame yeni qurumda nəzarətçi səhmdar kimi qalmaqda davam edir. Müqavilə çərçivəsində onun adı, imici, sosial şəbəkə auditoriyası və gələcək rəqəmsal layihələri kommersiyalaşdırılacaq. Bu razılaşma sosial media məzmun yaradıcıları üçün rekord göstəricilərdən biri kimi qiymətləndirilir.

Xarici mətbuat bu xəbəri sensasiya kimi tirajlayıb.

Seçilən
12
4
metbuat.az

5Mənbələr