AZ

Müalicə edilmədikdə korluğa səbəb olur -Oftalmoloq


Türkiyəli oftalmoloq Prof. Dr. Selçuk Sızmaz, gözün iltihabı olaraq təyin olunan üveitin düzgün müalicə edilmədikdə daimi korluğa səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, Selçuk Sızmaz, gözün orta təbəqəsində meydana gələn və yüksək damarlanma nisbətinə malik bir xəstəlik olan üveit haqqında vacib məlumatlar paylaşıb:

"Xəstəlik gözün ön, orta və ya arxasında baş verə bilər. Həm infeksiyalar, həm də sistemik xəstəliklər səbəbindən inkişaf edir.

Vərəm, sifilis və herpes virusu kimi infeksiyalar, eləcə də revmatik xəstəliklər və onurğa iltihabı kimi xəstəliklər üveitə səbəb ola bilər.

Qızartı, bulanıq görmə, işığa həssaslıq vəsiğillər kimi simptomlarla özünü göstərir. Müalicə göz damcıları, iynələr və ya sistemli dərmanlardan ibarətdir və əsas məqsəd tutmanı tez bir zamanda yatırmaq və daimi zədələnmənin qarşısını almaqdır .

Aygün
Medicina.az


Seçilən
6
1
medicina.az

2Mənbələr