AZ

Fransa İrana qarşı AB sanksiyalarını dəstəkləyəcək



Fransa hökumət əleyhinə etirazları yatırdıqlarına görə bir neçə İran rəsmisinə və təhlükəsizlik qüvvələrinə qarşı yeni AB sanksiyalarının tətbiq edilməsinə səs verəcək.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro deyib. Nazir həmçinin deyib ki, ölkəsi İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) terror təşkilatı kimi tanınmasını dəstəkləyəcək.

"Bu gün hökumət əleyhinə nümayişləri] yatırmaqda məsul olanlara qarşı Avropa sanksiyaları barədə razılığa gələcəyik", - deyə o bildirib.

XİN rəhbərinin sözlərinə görə, bu, AB-yə girişi qadağan ediləcək və maliyyə aktivləri dondurulacaq 20-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Bunlara İİKK üzvləri, İran hökumətinin üzvləri, prokurorlar və polis rəhbərləri daxildir.

Anar
Seçilən
20
38
newscenter.az

10Mənbələr