İmişli rayon Hacalmuradlı kənd Q.Tarverdiyev adına tam orta məktəbin direktoru Ruslan İbayevin şagirdi döydüyü iddia olunub.
"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, sosial mediada paylaşılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı araşdırma aparılır: "Hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdi vuran şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb. Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək".