AZ

“Ukraynanın taleyi artıq ABŞ Rusiya danışıqlarından asılıdır” ŞƏRH

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Təəssüflər olsun ki, Ukraynanın hansı xətti seçməsi artıq Ukraynadan asılı deyil. Çünki Rusiya və ABŞ arasında gedən danışıqlar və Ukraynanın ərazi güzəştinə getməsi müqabilində ABŞ tərəfindən təhlükəsizlik zəmanətinin verilməsi göstərir ki, Ukraynanın ərazi bütövlüyü artıq nə Avropa İttifaqını, nə ABŞ-ı, nə də hazırkı Respublikaçılar administrasiyasını ciddi maraqlandırır”.

Gununsesi.info bildirir ki, bu fikirləri deputat Tural Gəncəliyev deyib:

“Çox təəssüflər olsun ki, Rusiyanın masa üzərində irəli sürdüyü tələb — Donbas regionunun tam nəzarətinin Rusiyaya verilməsi artıq ABŞ tərəfindən qəbul edilmiş və Ukraynanın buna şərt kimi məcbur edilməsi gündəmdədir.

Bəs bu vəziyyət Rusiya üçün niyə vacib idi? Burada həm zəngin mineral yataqları, həm strateji mövqeyi, həm də Donbasda çoxsaylı yeraltı şaxtalar var. Sovet dövründən bəri Donbasın iqtisadi və strateji əhəmiyyəti böyükdür. Rusiya müharibəyə başlamazdan öncə DNR və LNR qondorma respublikalarının tamamilə öz nəzarətinə keçməsi və Rusiyaya birləşdirilməsi planını irəli sürmüşdü. İndi isə Rusiya sanki hədəfinə çatmış kimi görünür.

Digər tərəfdən, geosiyasi baxımdan Rusiya İran-Çin alyansına qarşı həm hücum altında saxlanılır, həm də zəiflədilməyə çalışılır. Ukraynanın üzərindən Rusiyanın neytrallaşdırılması və ona güzəşt edilməsi ilə Rusiya, Çindən və İrandan ayrı düşəcək bir vəziyyətə gətirilir.

İrana hücum öncəsi Çin daxilində ciddi proseslər gedir. Hakimiyyətin dəyişməsi və ikinci şəxsin dövlət çevrilişi etməsi, habelə məxfi nüvə texnologiyası məlumatlarının Amerikaya ötürülməsi kimi məsələlər gündəmə gəlmişdir (Financial Times və Wall Street Journal tərəfindən də işıqlandırılıb). Bu isə Rusiyanın Ukrayna üzərindən “şirnikləndirilərək” neytrallaşdırılması planına uyğun gəlir.

Yaxın Şərqdə artıq ABŞ və NATO tərəfindən böyük qüvvələr cəmlənib. Eyni zamanda, Çində daxildən zəiflətmə prosesi güclənmiş, hərbi texnikalar kütlələrə yerləşdirilir. Bu isə göstərir ki, ABŞ üç strateji rəqibini — Rusiya, Çin və İranı — eyni zamanda hibrid müharibə kontekstində zəiflətməyə çalışır.

Buna görə də Ukrayna-Rusiya münaqişəsini hazırki kontekstdə yalnız regional deyil, həm də qlobal geosiyasi oyun çərçivəsində qiymətləndirmək lazımdır. Mənim bu məsələyə yanaşmam belədir”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr