AZ

İranın XİN başçısı Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi yanvarın 30-da Türkiyəyə rəsmi səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.Bildirilib ki, Əraqçi Türkiyənin XİN rəhbəri Hakan Fidan ilə görüşəcək və regional təhlükəsizlik, sabitlik və rifahın vacibliyini müzakirə edəcək. Görüşdə iki ölkə arasında ticarət həcminin 30 milyard dollara çatdırılması, sərhəd ticarət mərkəzləri, enerji və nəqliyyat sahələrində əməkdaşlığın gücləndirilməsi planları da nəzərdən keçiriləcək.

Həmçinin İranın nüvə proqramının sülh yolu ilə həlli məsələsi də müzakirə olunacaq.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
22
50
missiya.az

10Mənbələr