AZ

Merts Putinlə danışıqların əleyhinə çıxdı

Almaniya kansleri Fridrix Merts Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı müharibə ilə bağlı görüş keçirmək fikrinə qarşı çıxıb.

Publika.az xəbər verir ki, bu barədə “Die Zeit” qəzeti məlumat yayıb.

"Danışıqlar ilk növbədə Ukrayna və Rusiya arasında lazımdır. Biz burada vasitəçi kimi çıxış etmirik", - deyə o bildirib.

Almaniya kanslerinin sözlərinə görə, Berlin tərəflər arasında danışıqları dəstəkləyir və onların tezliklə başa çatacağına ümid edir.

Seçilən
9
publika.az

1Mənbələr