AZ

Əmlak Məsələləri Dövlət Xidmətinin bütün xidmətlərinin elektronlaşdırılması hədəflənir

Bakı, 29 yanvar, AZƏRTAC

Ötən il elektron xidmətlərimizin sayı 41-ə çatdırılıb. Göstərdiyimiz bütün xidmətlərin tam elektronlaşdırılması bizim əsas hədəfimizdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova 2025-ci il ərzində görülmüş işlər və qarşıda duran hədəflər mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.

O vurğulayıb ki, elektronlaşma daha çevik, düzgün, daha ünvanlı və şəffaf xidmət göstərmək deməkdir.

“Dövlət xidmətlərinin Elektron Reyestrinin aparılması" layihəsi - Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2014-cü il tarixli 262 Fərmanına uyğun olaraq daşınmaz əmlakın dövlət kadastrı və reyestri üzrə təqdim edilən 53 sayda dövlət xidmətinin "Dövlət xidmətlərinin Elektron Reyestri"də (dxr.az) qeydiyyatı təmin edilib. Həmçinin “Dövlət xidmətlərinin tam elektronlaşdırılması" layihəsi üzrə daşınmaz əmlakın dövlət kadastrı və reyestri sahələri üzrə dövlət xidmətlərinin tam rəqəmsallaşdırılması məqsədilə Texniki tapşırıq sənədləri hazırlanıb və 9 sayda yeni elektron xidmət yaradılıb”,- deyə o diqqətə çatdırıb.

Seçilən
28
2
azertag.az

3Mənbələr