AZ

İnsanların çoxu problemini həll etmək üçün kreditlərə müraciət edir Rəy

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Problemli kreditlərin çoxu istehlak məqsədilə alınan kreditlərdir. İnsanların çoxu problemini həll etmək üçün kreditlərə müraciət edir. Amma bu sahədəki bütün problemləri istehlakçıların üzərinə atmaq olmaz. Çünki bu problemlər əslində, Azərbaycanda son 10 ildə aparılan maliyyə-kredit siyasəti və yüksək gəlirlərin əhaliyə satılması nəticəsində ortaya çıxıb”. 

Bunu 525.az-a iqtisadçı ekspert Rəşad Həsənov söyləyib. O vurğulayıb ki, insanlar uzun müddət yüksək faizlərlə əldə etdikləri kreditlərdən artıq kifayət qədər borclanıblar:

"Banklar daha liberal maliyyə-kredit siyasəti həyata keçirməli, kreditləri aşağı faizlə insanlara təklf etməlidirlər ki, son illərdə yaranmış maliyyə problemlərini kreditlər vasitəsilə həll etsinlər. Məsələyə kompleks yanaşmaq lazımdır".

Sevinc Qarayeva

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
525.az

1Mənbələr