AZ

Azərbaycanda pulu olmayan insanlar pul qazanmaq barədə danışırlar

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son dövrlərdə sosial şəbəkələrdə və "podcast" platformalarında şəxsi inkişaf və maliyyə mövzuları geniş şəkildə müzakirə olunur. Bu müzakirələrdə tez-tez ezoterik yanaşmalarla iqtisadi düşüncələr bir-birinə qarışır. Xüsusilə “pul axını”, “enerji” və “bolluq” kimi anlayışlar cəmiyyətin diqqətini cəlb edir. Yaşam kouçu Gövhər Sulcan da bu mövzulara toxunan şəxslərdən biridir. O, podcastlarının birində bildirib ki, insan həyatına pul axınını cəlb etmək istəyirsə, mütləq sədəqə verməlidir. Onun fikrincə, pul əsasən insan paylaşdıqca və ehtiyacı olanlara yardım etdikcə artır. Bu barədə iqtisadçı Fərhad Pərvizi Demokrat.az-a açıqlama verib:O bunun heç bir elmi əsası olmadığını deyib:“Bunların hamısı ezoterik məsələlərdir. İnsanlığın yaxşılığı üçün lazım ola bilər, amma empirik olaraq bunun sübutu olmadığına görə bunların heç birini təsdiq etmirəm. Bu elmə dayanıqlı deyil, müşahidələrə əsaslanan bir şeydir. Maraqlıdır ki, o xanımın özündə nə qədər pul var ki, bu mövzuda danışır.  Azərbaycanda pulu olmayan insanlar pul qazanmaq barədə danışırlar. Həmin xanım özündən soruşsanız, görərsiniz ki, onun arxada bir qəpiyi belə yoxdur. O zaman gedib sədəqə versin, görək necə verəcək”. O bildirib ki, ona görə də hər adamı ekspert kimi dinləməmək daha məqsədəuyğundur:“Varlılara baxsaq, onların əksəriyyəti filantropiya ilə məşğuldur, ehtiyacı olanlara kömək edir. Bunu müşahidə edirik. Amma bunun sayəsində varlanıblar, yoxsa başqa səbəbdən onu demək çətindir. Yəni həmin xanımın ilk sualı bu olmalı idi ki, sənin özündə nə qədər pul var? Onun neçə hissəsini sədəqə verirsən? Ondan sonra hər şey aydın olar ki, bu adam sadəcə boş-boş danışanlardan biridir, yoxsa yox. Ona görə də bu məsələlərə konkret bir şərh vermək çətindir. Hazırda podcastlarda nağıl danışanlar çoxdur”. Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
demokrat.az

1Mənbələr