AZ

Qarabağ a hansı uyğundur: PSJ, yoxsa Nyukasl ? İlginc proqnoz

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, “Qarabağ” UEFA Çempionlar Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb. Ağdam təmsilçisinin potensial rəqibi isə ya PSJ, ya da “Nyukasl” olacaq. 

Komandalardan hansı bizə daha uyğundur?

Globalinfo.az-a danışan idman eksperti Kənan Məstəliyev deyib ki, potensial rəqiblərimizin hər ikisi güclüdür:

“Həm “Nyukasl”, həm də PSJ dünyanın ən güclü çempionatlarından biri olan İngiltərə Premyer Liqasının və Avropa futbolunun aparıcı təmsilçiləridir. Təsadüfi deyil ki, ilk səkkizliyə düşən komandaların beşi Premyer Liqa klublarıdır. Bu da həmin komandaların nə qədər güclü olduğunu göstərir. Belə rəqiblərə qarşı oynamaq həqiqətən çox çətindir. Buna dünən “Liverpul”un “Qarabağ”a qarşı oyunu da nümunə ola bilər. “Nyukasl” isə “Liverpul”dan geri qalmayan, hətta daha güclü və çox çətin rəqib hesab olunur. PSJ də Çempionlar Liqasının son qaliblərindən biri, dünyanın ən güclü klublarından biridir. Bu komanda ciddi oyun sisteminə və yüksək səviyyəli futbolçulara, o cümlədən “Qızıl top” sahibi olan oyunçulara malikdir”.

Kənan Məstəliyev

Ekspert bildirib ki, nə PSJ, nə də “Nyukasl” bizim üçün asan rəqibdir:

“Hər iki halda “Qarabağ”ı çox çətin oyun gözləyir və mərhələni keçmək asan olmayacaq. Bununla belə, təmsilçilərimiz artıq böyük uğura imza atıb. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq klub Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Bu münasibətlə klubu təbrik etmək olar. Əminəm ki, rəqibin kim olmasından asılı olmayaraq, “Qarabağ” bu mərhələdə layiqli mübarizə aparacaq və asan təslim olmayacaq”.

Qeyd edək ki, “köhlən atlar” Çempionlar Liqasının əsas mərhələsini 10 xalla 22-ci pillədə başa vuraraq yeni tarixə imza atıb. Pley-off mərhələsinin püşkatması yanvarı 30-da keçiriləcək.

Ləman İmran

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
globalinfo.az

1Mənbələr