AZ

Məktəb direktoru şagirdi döyüb? – AÇIQLAMA

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin fiziki zorakılığa məruz qaldığı iddia olunur.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilir ki, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudur.

KONKRET.az-ın xəbərinə görə, “qafqazinfo” məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə müraciət edib. İdarədən sorğuya cavab olaraq qeyd edilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.

Seçilən
15
7
konkret.az

10Mənbələr