AZ

Vahid Ələkbərov xaricdəki biznesini satdı: Azərbaycandakı "Lukoyl" məntəqələrini bu şirkət aldı

Yanvarın 29-da Rusiyanın "Lukoyl" neft şirkəti Amerikanın "Carlyle" investisiya şirkəti ilə müqavilə imzaladığını elan edib.

Publika.az xəbər verir ki, investisiya şirkəti Avropada neft emalı zavodlarına, yanacaqdoldurma məntəqələri şəbəkəsinə və bir neçə neft yatağına sahib olan "Lukoyl International GmbH" şirkətinin xarici aktivlərini əldə edib.

Satışa ABŞ-ın sanksiyalarının qarşısının alınması səbəb olub

ABŞ Maliyyə Nazirliyi 23 oktyabr 2025-ci ildə “Lukoyl” da daxil olmaqla Rusiyanın iki böyük neft şirkətinə qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Sanksiyalar onların nəzarəti altında olan bütün qurumlara, eləcə də “Lukoyl” şirkətinə 50 faiz və ya daha çox birbaşa və ya dolayı yolla məxsus olan bütün şirkətlərə təsir göstərib. Sanksiyaların bloklanması “Lukoyl”ın bu şirkətlərin idarə olunmasında və onlarla hər hansı əməliyyatda iştirakını iflic edir.

Seçilən
13
publika.az

1Mənbələr