AZ

Brüs Uillisdən danışan həyat yoldaşı: Xəstəliyinin fərqində deyil

Baku.ws portalından alınan məlumata görə, ain.az xəbər verir.

Hollivud aktyoru Brüs Uillisin səhhəti ilə bağlı yeni detallar açıqlanıb.

BAKU.WS xəbər verir ki, uzun müddətdir lobno-temporal demensiya ilə mübarizə aparan aktyor barədə bu dəfə həyat yoldaşı Emma Heminq danışıb.

Emma Heminq qatıldığı podkastda həyat yoldaşının xəstəliyi qəbul etmədiyini qeyd edib.

Onun sözlərinə görə, aktyorun sağlamlıq vəziyyətinin fərqində olmaması həm kədərli, həm də müəyyən mənada təsəlliverici haldır.

O bu vəziyyəti "həm lənət, həm də nemət" adlandıraraq, həyat yoldaşının xəstəliyini dərk etməməsinin onun üçün psixoloji baxımdan daha yüngül olduğunu vurğulayıb.

Emma, 70 yaşlı aktyorun "anosognozi" adlanan nevroloji vəziyyət yaşadığını deyib.

Bu hal insanın öz xəstəliyini və ya sağlamlıq problemlərini dərk edə bilməməsi ilə xarakterizə olunur.

Qeyd edək ki, Brüs Uillis Hollivud tarixində bir çox məşhur filmə imza atmış və milyonlarla tamaşaçının sevimlisinə çevrilmiş aktyorlardandır. 2022-ci ildə xəstəliyi səbəbilə aktyorluq fəaliyyətinə son qoyan aktyor hazırda ictimaiyyətdən uzaq, xüsusi nəzarət altında yaşayır.

Ona 2023-cü ildə Brüs Uillis lobno-temporal demensiya diaqnozu qoyulub. Xəstəlik yaddaş və nitq funksiyalarının tədricən itməsi ilə müşayiət olunur.

Aktyor 130-dan çox filmdə rol alıb və "Kəskin Orijinal", "Krimnal Qiraət", "12 Meymun", "Beşinci Element" kimi ekran işləri ilə tanınıb.

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
1
baku.ws

2Mənbələr