AZ

Bənövşəyi pomidorlar SATIŞA ÇIXARILIR – Təbiisindən daha FAYDALI – VİDEO

Avstraliyada süni şəkildə yaradılmış bənövşəyi pomidorlar satışa çıxarılır.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Avstraliyada yaxın vaxtlarda süni şəkildə yaradılmış bənövşəyi pomidorların satışına başlanılacaq.

Ötən həftə ölkənin tənzimləyici orqanları genetik modifikasiya olunmuş (GMO) bu pomidor növünün istehlakını təsdiqləyib.

Bildirilir ki, yeni növ tərəvəz artıq bu ilin sonunadək mağazalarda satışa çıxarıla bilər. Bu, avstraliyalıların birbaşa alıb istehlak edə biləcəyi ilk GMO məhsulu kimi tarixə düşəcək.

Sözügedən pomidor növü hələ 2008-ci ildə britaniyalı alim tərəfindən hazırlanıb.

Bu məhsulun yaradılmasında əsas məqsəd kənd təsərrüfatı zərərvericilərinə qarşı dözümlülük deyil, məhz insan sağlamlığına xidmət etmək olub.

Alimlər bənövşəyi pomidoru əldə etmək üçün sağlamlıq baxımından faydalı olduğu bilinən digər bitkilərdən iki geni götürərək ona transfer ediblər.

Elmi məlumatlar göstərir ki, bənövşəyi pomidor ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə azaldır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
9
interpress.az

1Mənbələr