AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının XVII turunda baş verənlərlə bağlı ölçü götürüb.
"Qarabağ" - "Kəpəz" görüşündə görüşdə meydana kənar şəxs daxil olduğu üçün Ağdam təmsilçisi 2500 manat cərimələnib.
“İmişli” klubu “Araz-Naxçıvan”la oyunda 6 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. Muxtar Respublika təmsilçisi isə 4 oyunçusu "sarı" aldığı üçün eyni cəzaya məruz qalıb.
"Neftçi" "Zirə" ilə matçda oyun günü planını pozduğuna görə 2000 manat məbləğində ziyana düşüb.
"Sabah" isə "Karvan-Yevlax"la oyunda 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat məbləğində cərimələnib.