AZ

Lukoil şirkəti ikinci dəfə xarici mülkiyyətlə vidalaşır: Aktivlər kimə keçir?

2025-ci ilin oktyabrında ABŞ sanksiyalarına məruz qalan Rusiyanın neft nəhəngi "Lukoil" xarici aktivlərinin satışına dair Amerika investisiya şirkəti "Carlyle" ilə razılığa gəlib...

Poliqon xəbər verir ki, bu barədə Rusiya şirkətinin mətbuat xidməti bildirib.

Qeyd edilib ki, "Lukoil" tətbiq olunan sanksiyalar səbəbindən qrupun xarici aktivlərinə sahib olan 100% törəmə şirkəti "Lukoil International GmbH"nin satışı ilə bağlı Amerika şirkəti ilə müqavilə bağlayıb. Eyni zamanda vurğulanır ki, xarici aktivlərin satışı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən təsdiqlənməlidir.

"Şirkət digər potensial alıcılarla da danışıqları davam etdirir", deyə məlumatda qeyd olunub.

Bununla yanaşı, ruslar Qazaxıstandakı aktivlərindən imtina etmək niyyətində deyillər.

Açıq mənbələrin məlumatına görə, "Carlyle" alternativ aktivlərin idarə olunması üzrə ixtisaslaşmış dünyanın ən böyük beynəlxalq investisiya şirkətlərindən biridir. 2025-ci ilin sonuna olan məlumata əsasən, onun idarəçiliyində 474 milyard dollardan çox aktiv var.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr