AZ

Taylandda hərbi təyyarə qəzaya uğrayıb - İki pilot həlak olub

Taylandın Çianq May şəhərində kiçik hərbi təyyarə qəzaya uğrayıb.

Missiya.Az Haber Global-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həlak olub.

Məlumata görə, Tayland Kral Hərbi Hava Qüvvələrinə məxsus "Beechcraft AT-6TH" təyyarəsi təlim uçuşu zamanı şəhərin yaxınlığında yerləşən bir kəndin meşəlik ərazisinə düşüb.Yerli media xəbər verir ki, qəzadan sonra ətraf sakinlər partlayış səsi eşidiblər və təyyarənin alovlandığı müşahidə olunub.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
25
missiya.az

1Mənbələr