AZ

Taylandda təyyarə qəzası: 2 pilot öldü

Taylandın Çianq May şəhərində Hərbi Hava Qüvvələrinə aid kiçik təyyarə qəzaya uğrayıb.

Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, qəza nəticəsində 2 pilot həyatını itirib.

Tayland Kraliyet Hava Qüvvələrinə aid Beechcraft AT-6TH tipli kiçik təyyarə təlim uçuşu zamanı şəhərin yaxınlığındakı bir kəndin yaxınlığında meşəlik əraziyə düşüb.

Yerli mətbuatın xəbərinə görə, ərazi sakinləri qəzanın ardından partlayış səsi eşitdiklərini və təyyarənin yandığını bildiriblər.

Nuriyyə NATİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr