AZ

Qazaxıstanda Qızıl Orda dövrünə aid üç yaşayış məskəni və 250-dən çox artefakt tapılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Arxeoloqlar Qazaxıstanın “Sarayşık” Muzey-Qoruğunun ərazisində aparılan qazıntılar zamanı Qızıl Orda dövrünə aid üç yaşayış məskəni və 250-dən çox artefakt aşkar ediblər. AZƏRTAC xəbər verir ki, bu barədə 24KZ televiziya kanalı məlumat verib.

Məlumatda deyilir: “Atırau arxeoloqları “Sarayşık” Muzey-Qoruğunun ərazisində üç qədim yaşayış məskəni aşkar ediblər. Qazıntılar zamanı onlar, həmçinin 250-dən çox artefakt tapıblar. Arxeoloqlar yaşayış binasının, qala və karvansara divarlarının qalıqlarını aşkar edə biliblər. Tapıntılar XIV əsrin əvvəllərinə - Qızıl Orda dövrünə aiddir”.

Alimlər tapıntılarını Atırau Universitetində keçirilən 2025-ci ilin yekunlarına dair tədqiqat icmalı tədbiri zamanı təqdim ediblər. Telekanalın məlumatına görə, arxeoloqlar muzey-qoruğun ərazisində tədqiqatlar zamanı ümumilikdə 7000-dən çox artefakt aşkar ediblər və tapılan qədim tikililərin bərpası işləri davam edir.

Seçilən
17
1
azertag.az

2Mənbələr