AZ

Dövlət qurumu müxtəlif növ avtomobillər alır - TENDER ELANI

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti (VÖEN – 1300599171) açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti müxtəlif növ nəqliyyat vasitələrinin satın alınmasıdır. Ehtimal olunan qiymət 446 000 manat təşkil edir.

Təkliflərin son təqdim olunma vaxtı 19 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.

İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.

Əlaqələndirici şəxs:Adəm Nuri -Aparıcı məsləhətçi
[email protected]
+994 50 710 72 20

İddiaçıların tələb olunan sayı: 3

İddiaçılar təkliflərini 19 fevral 2026-cı il tarixinə qədər Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X. Natəvan 16 ünvanına təqdim edə bilərlər. 

 

Başlıq

Açıqlama

Miqdar

Ölçü vahidi

Kod

1

Pikap tipli avtomobil

İli azı 2025; Ölçülər: 5300-5400×1800-1900×1750-1850; Yük qutusunun ölçüsü: 1450-1500×1500-1550×450-500; Mühərrik həcmi: 2,5-2,7; Mühərrik gücü: azı 140; Yanacaq: dizel; Emissiya: azı Euro 4; Sürət qutusu: 6 pilləli mexaniki; Təkər formulu: 4x4; Dəri oturacaqlar; Avtomatik sabit temperatur AC; Tənzimlənən sükan çarxı; Avtomatik kilid; Toqquşma zamanı avtomatik kilid açma funksiyası; toqquşma zamanı yağın avtomatik kəsilməsi funksiyası; Minimum 2 il zəmanət. (Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması xərcləri, eyni zamanda 1 dəfə yağdəyişmə xidmətinin dəyəri nəzərə alınmalıdır)

8

ədəd

25101604

2

Fermer tipli yük avtomobili

İli azı 2025; Sərnişin tutumu: azı 5; Yük götürmə qabiliyyəti: azı 1200 kq; Mühərrik həcmi: 2,6-2,8 ; Mühərrik gücü: azı 80; Yanacaq sərfiyyatı və növü: Maksimum 14 litr/100 km və Aİ 92; Sürət qutusu: mexaniki; Ötürücü: tam; Təkər formulu: 4x4; Minimum 2 il zəmanət (Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması xərcləri, eyni zamanda 1 dəfə yağdəyişmə xidmətinin dəyəri nəzərə alınmalıdır).

2

ədəd

25101507

3

Minik (SUV) avtomobili

İli azı 2025; Sürət ötürmə qutusu : mexaniki və azı 5 ötürücü; Yanacaq növü: Aİ 92; Mühərrik həcmi: 1,6-1,8; Mühərrik gücü: azı 80; Təhlükəsizlik : ABS / EBD; İnteryer: kondisioner, ön oturacaqların qızdırıcısı, elektrikli tənzimlənən və qızdırılan yan güzgülər; Minimum 2 il zəmanət (Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması xərcləri, eyni zamanda 1 dəfə yağdəyişmə xidmətinin dəyəri nəzərə alınmalıdır).

2

ədəd

25101507

Seçilən
10
fed.az

1Mənbələr