
Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar yalnız Ukrayna və Rusiya arasında aparılmalıdır.
Missiya.Az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bildirib.
O vurğulayıb ki, Almaniya burada vasitəçi rolunda deyil.
Merts həmçinin əlavə edib ki, Almaniya vəziyyəti yaxından izləyir və münaqişənin tezliklə sülh yolu ilə həll olunmasına ümid edir.
Qeyd edək ki, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin ilk üçtərəfli görüşü ötən həftəsonu Əbu-Dabidə baş tutub, fevralın 1-də yeni raund planlaşdırılır.
Seyranə QuliyevaMissiya.Az