AZ

Türkiyədə 19 vilayətdə onlayn dələduzlara qarşı əməliyyat - 200 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyənin 19 vilayətində onlayn cinayətlərlə, o cümlədənqanunsuz mərc oyunlarının təşviqi, onlayn dələduzluq ilə məşğulolan dəstələrə qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Trend bu barədəTürkiyənin daxili işlər naziri Əli Yerlikayanın “X” səhifəsinəistinadən xəbər verir.

Əməliyyat-axtarış tədbirləri Adana, Adıyaman, Aydın, Bolu,Çanaqqala, Denizli, Düzcə, Qaziantep, Giresun, Gümüşhane, İstanbul,İzmir, Kayseri, Kırşehir, Kocaeli, Mardin, Sakarya, Samsun və Vanvilayətlərində keçirilib.

Nazirin bildirdiyinə görə, əməliyyatların gedişində 200 nəfərşübhəli şəxs qismində saxlanılıb, onlardan 65-i barəsində həbsqərarı verilib, 48-i yazılı iltizamnamənin alınmasından sonra şərtiolaraq sərbəst buraxılıb.

Müəyyən edilib ki, şübhəlilər sosial media platformaları vəfişinq (phishing) saytları vasitəsilə “tapşırıq yerinə yetir,qazanc əldə et” və “məhsul satışı” mövzularından istifadə edərəkvətəndaşları aldadıblar; mobil bankçılıq və oyun hesablarınaicazəsiz giriş əldə ediblər; qanunsuz mərc və qumar oynadıblar;qanunsuz mərc saytlarında pul köçürülməsinə vasitəçilik edibonların reklamını aparıblar; uşaq pornoqrafik materiallarısaxlayıblar; POS vasitəsilə sələmçilik fəaliyyəti ilə məşğulolublar; şəxsi məlumatların paylaşılması və sorğulanması ilə bağlıpaylaşımlar ediblər.

Məqalədə:
Seçilən
40
2
az.trend.az

3Mənbələr