AZ

Naxçıvan dəmir yolu: AB və Azərbaycan razılığa gəldi

Bu gün Avropa Birliyi və Azərbaycan, AB-nin Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.

 Sitat.info xəbər verir ki, bu barədə AB-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, tərəflər birlikdə nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzun müddətdə ortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər.

Bu çərçivədə AB və Azərbaycan AYİB ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işlərinə başlamaq barədə razılığa gəliblər.

Bu, Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiyadır. Bu dəmir yolu 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.

Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi faydaqarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır. İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr AB ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək.

Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək.

Seçilən
11
10
sitat.info

10Mənbələr