Belarus millisinin hücumçusu Vitali Lisakoviç karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Sportal.az saytına verilən məlumata görə, 27 yaşlı forvardın xidmətində Premyer Liqa klublarımız maraqlıdır. Hələ ki adı açıqlanmayan bir klub isə belaruslunu ölkəmizə gətirməkdə iddialıdır.
Son olaraq Sloveniyanın “Çelye” klubunda oynamış Lisakoviçin Premyer Liqamıza gəlişi elə bu ayın sonu baş tuta bilər.
Yaxın günlərdə Vitalinin Azərbaycan klubuna keçidinin baş tutub-tutmayacağı konkretləşəcək.
Qeyd edək ki, belaruslu “Şaxtyor”(Soliqroks), “Rudeş”, “Varajdin”, “Lokomotiv”(Moskva), “Rubin”, “Baltika” klublarında çıxış edib.
saytlarin hazirlanmasi