AZ

Tailand fil hücumlarından əziyyət çəkir: Hakimiyyət əks-hücuma keçir

Tailand vəhşi fillərin sayının sürətlə artmasından əziyyət çəkir və bu heyvanlar artıq insanlar üçün real təhlükəyə çevrilir. Sayın nəzarətsiz artmasının qarşısını almaq üçün yerli hakimiyyət fillərin sterilizasiyasına əl atmağa məcbur olub...

Poliqon xəbər verir ki, bu barədə Spiegel yazır.

Bildirilir ki, tailandlı baytarlar ilk dəfə olaraq hamiləliyin qarşısını alan vaksindən istifadə ediblər. Vaksin ölkənin cənub-şərqində yerləşən Trat əyalətində üç dişi filə vurulub. Preparat heyvanlara xüsusi oxlar vasitəsilə yeridilib. Yaxın aylarda digər sürülərdəki dişi fillərə də daha 15 doza tətbiq olunacaq.

Qeyd olunur ki, son on ildə Tailandda vəhşi fillərin sayı təxminən üç dəfə artaraq 300 başdan 800-ə yaxınlaşıb. Bu rəqəmə minlərlə "əsirlikdə" saxlanılan fil daxil deyil. Eyni zamanda, ölkədə fillərin təbii yaşayış mühiti daralır və bu da insanlar ilə heyvanlar arasında toqquşmaların artmasına səbəb olur. Rəsmi məlumatlara görə, son 14 ildə bu qarşıdurmalar nəticəsində təxminən 200 nəfər insan və 100-dən çox fil həlak olub.

"Əgər heç nə etməsək, münaqişələr daha da artacaq", deyə Tailandın Vəhşi Təbiət İdarəsinin nümayəndəsi Sukhi Bunsanq fillərin sterilizasiyasını əsaslandırarkən bildirib.

Poliqon.info

Seçilən
76
poliqon.info

1Mənbələr