AZ

Kevin Medina: Həm Nyukasl , həm də PSJ çox yüksək səviyyəli komandalardır

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dünənki oyunun nəticəsi bizim üçün yaxşı olmadı. Amma sevinirik ki, klubun tarixində Çempionlar Liqasında kifayət qədər xal qazandıq, tarixi nəticə əldə etdik və pley-offa yüksəldik. İndi isə yolumuza davam etməliyik". Sport24.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Kevin Medina deyib.Kolumbiyalı müdafiəçi komandasının pley-offdakı potensial rəqiblər barədə fikirlərini bölüşüb:"Pley-off mərhələsindəki rəqibimizi gözləyirik. Həm "Nyukasl", həm də PSJ çox yüksək səviyyəli komandalardır. Püşkatmadan sonra rəqiblərimiz haqda daha konkret danışa biləcəyik. Futbolda hər cür nəticə qeydə alına bilər. Biz eyni zamanda çempionat matçlarına köklənməliyik". Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22 sırada bitirən "Qarabağ"ın pley-offda potensial rəqibləri İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu olacaq. Bu raundun püşkü sabah atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
sport24.az

1Mənbələr