AZ

KİV: Tramp İrana zərbələr üçün yeni variantları araşdırır

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək üçün yeni plan nəzərdən keçirir.

Gununsesi.info xəbər verir ki, CNN bu barədə mənbələrə istinadən məlumat yayıb.

Mənbələrə görə, ABŞ lideri etirazçıların qətlində günahkar olduğu iddia edilən İran rəhbərliyinə və təhlükəsizlik rəsmilərinə qarşı hava hücumlarını etmək imkanlarını araşdırır.

D.Trampın nəzərdən keçirdiyi digər bir variant İslam Respublikasındakı nüvə obyektlərinə və dövlət qurumlarına zərbələr endirməkdir. O, hələlik hərəkət planı ilə bağlı yekun qərar verməyib, lakin əmindir ki, Yaxın Şərqə hərbi aviasiya qrupunun gəlişi sayəsində geniş seçim imkanlarına malik olacaq.

CNN bildirir ki, Tramp İslam Respublikasının nüvə və raket proqramlarını məhdudlaşdırmaq üçün Vaşinqton və Tehran arasında ilkin danışıqların “uğursuz” keçməsindən sonra yeni zərbə təkliflərini nəzərdən keçirməyə başlayıb.

Məlumata görə, Tramp hesab edir ki, ABŞ üçün ən yaxşı variant güclü zərbədir, bundan sonra Tehran Vaşinqtonun şərtlərini qəbul etməyə və atəşkəsə razılaşmağa məcbur olacaq. Bu halda ABŞ prezidenti tez bir zamanda qələbə elan etmək istəyəcək. Lakin CNN qeyd edir ki, İranın hərbi arsenalı – raketdən müdafiə sistemləri, ballistik raketlər, dronlar və qırıcı təyyarələr – Vaşinqtonun qətiyyətli zərbə planlarını ciddi şəkildə çətinləşdirə bilər.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
icma.az

1Mənbələr