BAKI, 29 yanvar. TELEQRAF
Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas jurnalistlərə açıqlamasında bildirib.
"Biz İran üzərində yeni sanksiyalar tətbiq edirik və SEPAH-ı terror təşkilatları siyahısına daxil etməyi gözləyirik. Bu, onları "Əl-Qaidə", HƏMAS və İŞİD kimi təşkilatlarla eyni sıraya qoyacaq. Əgər siz terrorçu kimi fəaliyyət göstərirsinizsə, sizə terrorçu kimi yanaşılmalıdır. İranda baş vermiş etiraz aksiyalarında ölənlərin sayı və rejimin tətbiq etdiyi tədbirlər olduqca ciddi və qəbuledilməzdir. Buna görə də biz aydın mesaj veririk ki, insanların sıxışdırılması öz qiymətini daşıyır və bunun nəticəsində sanksiyalara məruz qalacaqsınız",- o qeyd edib.