AZ

Qazaxıstanda Qızıl Ordaya aid 3 yaşayış məskəni aşkarlanıb

Bakı. Trend:

Arxeoloqlar Qazaxıstandakı “Sarayıçıq” muzey-qoruğu ərazisindəaparılan arxeoloji qazıntılar zamanı Qızıl Orda dövrünə aid üç yeniyaşayış məskəni və 250 artefakt aşkar ediblər.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

""Sarayıçıq" qoruq tipli muzeyinin ərazisində üç qədim yaşayışməskənini Atırau arxeoloqları aşkarlayıb. Qazıntılar zamanı 250artefakt tapılıb. Yaşayış evinin divar qalıqları, qala vəkarvansarayın izləri üzə çıxarılıb. Tapıntılar XIV əsrinəvvəllərinə aid edilir və Qızıl Orda dövrünə məxsusdur", –məlumatda qeyd olunur.

Bildirilir ki, alimlər tapıntılar haqqında 2025-ci il üzrətədqiqatların yekunlarına həsr olunmuş tədbir çərçivəsində AtırauUniversitetində məlumat veriblər.

Məqalədə:
Seçilən
33
1
az.trend.az

2Mənbələr