Premyer Liqaya can atan "Səbail" mövsümün ikinci hissəsinə hazırlığı yoxlama oyunu ilə başa vurub.
Fanat.Az xəbər verir ki, Adil Şükürovun baş məşqçisi olduğu I Liqa təmsilçisi II Liqanın şərikli ldieri "Xankəndi" ilə qüvvəsini sınayıb.
"ASCO Arena"da baş tutan görüşdən "dənizçilər" 2:1 qalib ayrılıblar. Paytaxt təmsilçisinin hər iki qolunu Kamran Quliyev vurub. "Xankəndi"də isə Bəhruz Teymurov fərqlənib.
Qeyd edək ki, "Səbail" təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu U-21 millisinə qarşı keçirərək 0:1 hesabı ilə uduzub. Şükürovun yetirmələri ikinci oyunda "Qaradağ Lökbatan"ı 2:0 üstələyib.
Qeyd edək ki, "Səbail" 12 turdan sonra 22 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Hazırda 39 xalı olan "Xankəndi" isə 1-ci yerdəki "Qaradağ Lökbatan"dan əlavə göstəricilərə görə geri qalır.
Mirağa