AZ

Müşavir: Bugünədək 130 startapa 2 milyon 500 min manat qrant ayrılıb

Bakı, 29 yanvar, AZƏRTAC

Kiçik və Orta Biznes Agentliyinin (KOBİA) startaplar üçün xüsusi dəstək mexanizminin dəstəyi ilə bu günədək 130 startapa 2 milyon 500 min manat qrant ayrılıb.

AZƏRTAC xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “MyLift” platformasının rəsmi təqdimat mərasimi zamanı deyib.

"Bu tədbir, eyni zamanda, kiçik startap layihələrinin inkişafının bir növ göstəricisidir. Növbəti onillikdə bizim startap ekosistemimiz daha da inkişaf edəcək. Həmin lahəyihələrin 3 ilədək vergilərdən azad edilməsi də göstərir ki, bu sahəyə maraq olduqca genişdir. Startaplara dəstək bizim işimizdir", - deyə Z.Qardaşov vurğulayıb.

Seçilən
131
azertag.az

1Mənbələr