AZ

“Qarabağ”ın müdafiəçisi: “Pley-off mərhələsini səbirsizliklə gözləyirik”

“Dünənki oyun bizim üçün yaxşı olmadı, amma Çempionlar Liqası ilə bağlı hər kəs xoşbəxtdir”.

İdman.Biz xəbər verir ki, bu sözləri “Liverpul”la oyundan sonra Bakıya qayıdan “Qarabağ”ın müdafiəçisi Kevin Medina hava limanında jurnalistlərə açıqlamasında deyib.

Kolumbiyalı müdafiəçi pley-off mərhələsindəki potensial rəqiblərlə bağlı fikirlərini də bölüşüb:

“Bu, tarixdir və indi “Qarabağ” yoluna davam etməlidir. Hazırda pley-off mərhələsini gözləyirik və gələcəkdə hər şeyin yaxşı olacağına inanırıq. Futbolda hər şey mümkündür. Artıq diqqətimizi çempionata yönəltməliyik. Gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, “Qarabağ” liqa mərhələsinin son turunda İngiltərədə “Liverpul”a 0:6 hesabı ilə uduzub. Böyükhesablı məğlubiyyətə baxmayaraq, turnir cədvəlini 10 xalla 22-ci pillədə başa vuran “Qarabağ” növbəti raunda vəsiqə qazanıb. Bununla da “köhlən atlar” Çempionlar Liqasında pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr