AZ

Aİ və Azərbaycan Naxçıvan dəmir yolu layihəsinin texniki iqtisadi tədqiqatına başlayır

Xalqcebhesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqı və Azərbaycan Aİ-nin Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən APA-ya verilən xəbərə görə, tərəflər birlikdə nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzun müddətdə ortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər.

Bildirilib ki, bu çərçivədə, Avropa İttifaqı və Azərbaycan AYİB ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırması işlərinə başlamaq barədə razılığa gəliblər: “Bu, Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiyadır. Bu dəmir yolu 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir”.

Qeyd edilib ki, Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir: “Onların verdiyi fayda qarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır. İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək. Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
10
icma.az

10Mənbələr