AZ

Mərkəzi Bank Bərdədə səyyar görüş keçirəcək

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən maliyyə xidmətləri istehlakçılarının və investorların hüquqlarının müdafiəsinin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüslərin həyata keçirilməsi davam etdirilir. Bu təşəbbüslər sırasında ölkə ərazisində səyyar vətəndaşlarla görüşlərin keçirilməsi mühüm yer tutur.

AMB-dən AZƏRTAC-a bildirilib ki, növbəti səyyar görüş fevralın 4-də Bərdə rayonunda keçiriləcəkdir. Görüş Tərtər, Ağcabədi, Ağdam, Ağdərə, Füzuli, Xocavənd, Xocalı, Şuşa, Xankəndi, Tərtər, Bərdə inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcəkdir.

Görüş zamanı Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcəkdir.

Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın 966 qaynar xətti və +994 55 966 19 66 “Whatsapp” nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.

Seçilən
27
2
azertag.az

3Mənbələr