Bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsində Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə və qismən məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentliyin açıqlamasına görə, məhdudiyyətlər yolda aparılacaq təmir işləri ilə əlaqədardır və təmir işləri başa çatanadək qüvvədə olacaq.
AAYDA sürücülərə müraciət edərək, aparılan işlərə anlayışla yanaşmağı, həmçinin hərəkəti planlaşdırarkən alternativ yollardan istifadə etməyi tövsiyə edib.