AZ

Kevin Medina: Bu, tarixdir, hər kəs xoşbəxtdir

BAKI, 29 yanvar. TELEQRAF

"Dünənki oyun bizim üçün yaxşı olmadı, amma Çempionlar Liqası ilə bağlı hər kəs xoşbəxtdir".

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın müdafiəçisi Kevin Medina jurnalistlərə açıqlamasında deyib.

Liverpul səfərindən qayıdan komandanın müdafiəçisi bildirib:

"Bu, tarixdir və indi "Qarabağ" yoluna davam etməlidir. İndi play-off mərhələsini gözləyirik və gələcəkdə hər şeyin yaxşı olacağını düşünürəm. Futbolda hər şey baş verir. İndi bu oyun üçün işləməli, həm də Premyer Liqa oyunlarına diqqət etməliyik. Gələcəkdə nə olacağını görəcəyik".

Seçilən
25
teleqraf.com

1Mənbələr