AZ

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olan benefisiarların sayı açıqlanıb

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində, eləcə də filiallarında benefisiar sayı 292 nəfərdir.

"Report" xəbər verir ki, bunu Mərkəzin direktoru Elnarə Ənsari qurumun ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, benefisiardan 175 nəfəri Mərkəzdə, 71-i Qarabağ "DOST Evi " şöbəsində, 46-sı isə İsmayıllı "DOST Evi" filialında xidmətlərdən yararlanır.

E.Ənsari qeyd edib ki, ötən il təlimləri uğurla tamamlayan 166 nəfərə sertifikat təqdim edilib.

Seçilən
49
1
far.az

2Mənbələr