AZ

Naxçıvanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 178,2 milyon manat olub.

"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 10,2 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 5,1 % artaraq 4,7 milyon manata, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 9,5 % artaraq 31,7 milyon manata çatıb.

Seçilən
0
far.az

1Mənbələr